Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İquain ''Yuventus''a qayıdır

İquain ''Yuventus''a qayıdır

Tarix: 16 May 2019 14:40

"Çelsi" ötən yay "Yuventus"dan icarəyə götürdüyü Qonzalo İquainlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisi argentinalı hücumçunu birdəfəlik ala və ya yenidən icarəyə götürməyəcək. Klub rəhbərliyi İquainin oyunundan razı qalmadığı üçün bu qərarı verib.

Qeyd edək ki, İquain bu mövsüm 22 matçda 7 qol vurub, 2 qolun ötürməsini verib.

 


Etiketlər:  İquain Yuventusa qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ