Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 09:28
İranın ali dini lideri Ayətullah Əli Xameneyi 8 illik fasilədən sonra paytaxt Tehranın Musalla Məscidində cümə namazı qıldırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Xameneyi çıxış etdiyi cümə xütbəsində gündəmdəki məsələlərdən danışıb, ABŞ-ı qınayan fikirlər səsləndirib.
Bundan başqa, çıxış edən zaman Xameneyinin kürsüsündə silah olması da diqqətdən qaçmayıb.
Qeyd edək ki, 80 yaşlı Xameneyi cümə namazını sonuncu dəfə 2012-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 33-cü ildönümü münasibətilə qılıb.