Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: ''Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq''

Nazir: ''Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq''

Tarix: 18 Yanvar 2020 13:02

Bu il ərzində Bakıda daha 2 DOST mərkəzi, eyni zamanda Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzləri yaradılacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST" proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib.

S.Babayev əlavə edib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci idə də genişləndirilməsi təmin olunacaq:

"Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümlü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən "İşsizin DOSTu" proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək".


Etiketlər:  Nazir Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ