Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi azyaşlının uşaq evində döyülməsi ilə bağlı məlumat yaydı

Bakı polisi azyaşlının uşaq evində döyülməsi ilə bağlı məlumat yaydı

Tarix: 18 Yanvar 2020 16:14

Bakı. Trend:

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən xəbər verilib.

Məlumata əsasən, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb. Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib. Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktikası çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir.

Azyaşlının anası Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı polisi azyaşlının uşaq evində döyülməsi ilə bağlı məlumat yaydı


RƏYLƏR