Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 18:46
Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Yunus Mallı Almaniyada klubunu dəyişib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, "Volfsburq"un futbolçusu Bundesliqanın digər təmsilçisi "Yunion Berlin"ə keçib.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Yunus yeni klubu tərəfindən mövsümün sonuna kimi icarəyə götürülüb.
27 yaşlı futbolçu 2017-ci ildən "Volfsburq"un uğurları üçün çalışır. Münhenqladbax "Borussiya"sının yetirməsi olan yarımmüdafiəçi 2011-2016-cı illər aralığında da "Maynts"da çıxış edib. Almaniya Bundesliqasında 197 matça çıxıb 36 qol vuran futbolçu, 2015-ci ildən etibarən formasını geyindiyi Türkiyə millisində 25 oyun keçirib.