Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Heyəti gücləndirməyimiz vacibdir” - Elmar Baxşıyev

“Heyəti gücləndirməyimiz vacibdir” -  Elmar Baxşıyev

Tarix: 19 Yanvar 2020 00:42

"Bu görüşlər komanda üçün çox faydalıdır. Çünki bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də oyunçulardan bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdir”.

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Antalya toplanışı çərçivəsində Rusiyanın "Çayka" klubuna 3:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib.

Baxşıyev klubun saytına açıqlamasında toplanış barədə də fikirlərini bölüşüb: “Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.

 


Etiketlər:  Heyəti gücləndirməyimiz vacibdir Elmar Baxşıyev


RƏYLƏR