Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 19:12
Hər kəs istəyir ki, evlilikdən sonra da münasibətləri həyəcanla davam etsin. Lakin bir müddət sonra bəzi ailələrdə həyəcan itir və tərəflər arasında soyuqluq yaranır.
Sonxeber.net gencaile.az-a istinadən sevdiyiniz insanla münasibətinizə rəng qatacaq bəzi məqamları təqdim edir:
Səyahətə çıxın:
Qısa səfərlər edin. Fərqli yerləri araşdırın və birlikdə yeni xatirələr yaradın.
Rəqs edin:
Rəqs etmək insanı biri-birinə daha çox bağlayır. Düzdür bəzi kişiləri buna razılaşdırmaq çətin olur. Lakin birlikdə rəqs kursuna yazılmaq sizin münasibətinizə xoş anlar bəxş edəcək.
Kitab oxuyun:
Birlikdə bir roman oxumağa başlayın. Kitab haqqında fikirlərinizi müzakirə edin və paylaşın. Beləliklə, onun daxili dünyasına öyrənmiş olacaqsınız.
Birlikdə yemək hazırlayın:
Evdə romantik abu-hava yaradın. Sevdiyiniz yeməklərin menyusunu seçin və birlikdə hazırlamağa başlayın. Mətbəxdə vaxt keçirmək münasibətlərinizə həyəcan qatacaq.