Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 09:54
Bakı. Elçin Mehdiyev – Trend:
Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20, ən geci 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 20-dən 30-dək müvafiq seçki komissiyasına təqdim edilməlidir.
Hesabat qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilməlidir.
Seçki Məsəlləsinin 94.3.2. maddəsinə əsasən, bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin