“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Azərbaycanı tərk etsə də, növbəti dəfə ölkəmiz haqda həssas paylaşım edib.
Qol.az xəbər verir ki, hazırda ABŞ-ın “Nyu York Kosmos” kubunda çıxış edən albaniyalı müdafiəçi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. 36 yaşlı futbolçu sosial şəbəkədə "20 Yanvar"la bağlı paylaşım edərək faciə qurbanlarına biganə qalmayıb.