Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün çeçələ barmağı özünə tərəf çək - Qədim yapon metodu

Hər gün çeçələ barmağı özünə tərəf çək - Qədim yapon metodu

Tarix: 20 Yanvar 2020 21:00

Hələ qədimdən insanlar barmaqları ilə bəzi manipulyasiyaların orqanizmə rahatlıq gətirdiyini və sanki hər barmağın bir orqanla bağlı olduğunu bilirdilər. Xüsusən Çin, yapon təbibləri xəstənin ovcuna, barmaqlarına baxmaqla, sıxmaqla onun xəstəliklərini təyin edirdilər. Yalnız 100 illər sonra bu fenomenin sirri açıldı: barmaqlarda olan sinir uclarının bir sonluğu orqanlardan birinə gedib çıxır.

Sonxeber.net medicina.az-a istinadən çeçələ barmaqla olunacaq bir stimuləedici hərəkətlə emosional vəziyyətinizi və bəzi xəstəliklərinizi müalicə edəcəyinizi bildirir.

Bu metod indi də Yaponiyada geniş tətbiq olunur.

Əldə olan ən kiçik, çeçələ barmaq hiss, həyəcan, əsəb, sinir, psixoloji vəziyyətlə sıx bağlıdır.

Panik atak, həyəcan, əsəbi, yorğunluq zamanı bu barmağı özünüzə tərəf dartıb açın. Eləcə də hər çeçələ barmağı 1 dəqiqə masaj edin.

Nevroloji pozuntuya bağlı ürək döyüntüləri və ürək nevrozunda da bu metod faydalıdır.

Proseduru rahat əyləşib, bütün əzələləri boşaltdıqdan sonra etmək lazımdır.

Bu metod o zaman effektli olur ki, hər gün müntəzəm edilsin. Günün sonunda neqativi bu metodla ata bilərsiniz.

Eləcə də çeçələ barmağın masajı yuxunu normallaşdırır.

Uşaqlarınıza da bu metodları öyrədin.


Etiketlər:  Hər gün çeçələ barmağı özünə tərəf çək Qədim yapon metodu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ