Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 10:34
DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Sonxeber.net xəbər verir ki, Joze Alesio Da Silvanın komandası Özbəkistan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:3.
Bu komandalar bu gün eyni məkanda daha bir yoxlama oyununda üz-üzə gələcəklər.
21 yanvar
Yoxlama oyunu
Azərbaycan - Özbəkistan 2:3
Qollar: Vassura, 23:01. E.Soorqali, 35:58 - D.Rahmatov, 02:49. İ.Ropiyev, 04:13. Ə.Usmanov, 28:41.
Qırmızı vərəqələr: İ.Atayev, 34:08 (Azərbaycan), D.Rahmatov, 34:08 (Özbəkistan)
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı.