Tarix: 22 Yanvar 2020 16:04
“Liverpul”un müdafiəçisi Deyan Lovren məşqə başlayıb.
Qol.az xəbər verir ki, dekabrın 10-da Çempionlar Liqasında “Zalsburq”la oyunda zədələnən Xorvatiya millisini üzvü 6 həftədir komandasına kömək edə bilmir.
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm “Liverpul”un heyətində 12 oyuna çıxıb və bir qol vurub.