Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 16:32
İranın "Bəsic" xalq könüllülərinin komandiri Əbdülhüseyn Müjdəmi ölkənin cənub-şərqində Xuzistan əyalətində qətlə yetirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ə.Müjdəmi Şadeqan rayonunda Darhovin dairəsində yerləşən "Bəsic" könüllülərinin rəhbəri olub.
O, naməlum şəxslər tərəfindən evinin yaxınlığında güllələnib.
Yerli hakimiyyət hadisədən bir neçə saat sonra cinayətkarların tutulduğunu bildirib.