Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 17:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini vermiş, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, keçirilən sistemli islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, "Beynəlxalq Şəffaflıq" Təşkilatının (Transparency International) 2019-cu il üzrə tərtib etdiyi Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 30 balla 26 pillə irəliləmişdir. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.
Ötən il dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub.
Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan "ASAN xidmət" mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin "bir pəncərə"dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması kimi mühüm əhəmiyyətli tədbirlər ölkəmizin mötəbər Korrupsiya Qavrama İndeksində əhəmiyyətli dərəcədə irliləməsi ilə nəticələnib.
Dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnmiş, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış və bu daxili göstəricilər beynəlxalq arenalarda öz əksini da tapır. "Beynəlxalq Şəffaflıq" Təşkilatının (Transparency International) 180 ölkədəki inkişaf göstəricilərini korrupsiya təzahürünün mövcudluğu prizmasından qiymətləndirən 2019-cu il üzrə Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 26 pillə irəliləyib.
Qeyd edək ki, Transparency International (TI) - Beynəlxalq Şəffaflıq təşkilatı 1993-cü ildə Berlin şəhərində təsis edilmiş təşkilat olub dövlət və özəl sek¬tor¬larda mövcud olan korrupsiya haqqında araşdırmalar apa¬rıl¬ması və digər fəaliyyəti həyata keçirir. Təşkilatın dünyanın 100-dən çox ölkəsində yerli bölmələri mövcuddur. Qu¬ru-mun Azərbaycan nümayəndəliyi olan "Şəffaflıq Azərbaycan" Təş¬kilatı 2000-ci ildə təsis edilmiş və 2001-ci ildə akkre¬di¬ta¬si¬ya¬dan keçərək ölkəmizdə fəaliyyət göstərir.
Korrupsiya Qavrama İndeksi (KQİ) müxtəlif mənbələrə əsaslanaraq sistemli şəkildə hər il dünya ölkələrində korrupsiyanın qavranılmasına dair məlumatları və təhlilləri özündə əks etdirən hesabatdır və hesabatda ölkələr üzrə ballar 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.
2019-cu il üzrə Korrupsiya Qavrama İndeksinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilmiş, Azərbaycana dair məlumat isə Bertelsmann Foundation (Bertelsman Fondu), Economist Intelligence Unit (İqtisadi Təhlil Birliyi), Freedom House, Global Insight, Political Risk Services, Varieties of Democracy Project kimi fərqli-fərqli mötəbər mənbələr əsasında hazırlanıb. Bu mənbələr anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Hal hazırda Azərbaycanın 26 pillə irəliləməsi, onu göstərir ki, cənab Prezidentin apardığı siyasət təkcə ölkə daxilində yox, beynəlxalq arenalarda da düzgün nəticələr verir.
Korrupsiya Qavrama İndeksi Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. 2012-ci ilə qədər qiymətləndirmə 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilirdi. KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycan bu sıralamada 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.
Korrupsiya Qavrama İndeksində ölkəmizin mövqeyinin əhəmiyyətli dərəcədə irəliləməsində digər faktorlarla yanaşı Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatlarının müstəsna rolu vardır. Sözügedən aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirib.
Ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu fikir yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı təşkil edilmiş mətbuat konfransında söylənmişdir. Hazırda "Beynəlxalq Şəffaflıq" Təşkilatı (Transparency International) tərəfindən tərtib etdiyi Korrupsiya Qavrama İndeksinin mövcud göstərilirə ölkəmizdə bu sahədə əldə edilən uğur və nailiyyətləri bir daha təsdiqləyir.