Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 20:20
Belaruslu məşqçisi Aleksey Baqa "Neftçi"dən təklif aldığını etiraf edib.
Qol.az xəbər verir ki, hazırda Litvanın "Zalqiris klubunu çalışdıran 38 yaşlı məşqçi bu ölkənin mətbuatına müsahibəsində “Neftçi” və digər klublardan gələn təklifləri qəbul etməməsinin səbəbini də açıqlayıb. O, "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olmağınız doğrudurmu" sualına belə cavab verib:
"Gizlətməyəcəyəm. Klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim. Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".
Qeyd edək ki, hələ Roberto Bordinin istefasında əvvəl “Neftçi”nin Aleksey Baqa ilə danışıq aparması haqda xəbərlər yayılmışdı.