Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: ''15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb''

Komitə sədri: ''15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb''

Tarix: 24 Yanvar 2020 19:30

2019-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, həmin nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb: "Bununla yanaşı, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib".


Etiketlər:  Komitə sədri şəhər rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ