Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 11:24
Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2 yoxlama oyununa çıxacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun kollektivi əvvəlcə Çexiyanın "Siqma" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 12:30-da start götürəcək.
Ağdam təmsilçisi 2-ci yoxlama görüşündə sabiq futbolçusu Jakub Jezniçakın hazırkı komandası olan Polşanın "Visla"sı ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə üstələyib - 1:0.