Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 22:15
45 yaşlı kişi yerli içki olan akpeteş içdikdən sonra bərk sərxoş olub.
Evinin həyətində küçədə olan itlərdən biri onun ayağından dişləyib qaçıb. Kişi itin arxasınca qaçaraq, onu tutmağa nail olub və itin ayağını gəmirib. Kişi sərxoşluqdan özündə olmasa da, sonradan bunu qəzəbindən cavab olaraq etdiyini bildirib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hadisə Qana şəhərində baş verib.
Kolluğa qaçan it ağrıdan bir neçə dəqiqə hürüb zingildəsə də, sonra səsi kəsilib. Qonşular və kişi itə baxdıqda onun öldüyünü görüblər, heyvanın ağzından köpük gəlib.
Yerli əhali bildirir ki, it Akpeteş adlı içkinin itin qanına keçməsindən ölüb. Qanada məşhur olan bu içki palma şərabından hazırlanır və 40-50 dərəcəyə qədər tünd olur.
Görünür bu içki heyvana toksiki təsir göstərib.