Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 01:30
Bakı. Trend
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq hər il keçirilən “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim ediləcək.
Trend-in məlumatına görə, “Gəncləşən muğam” 7 Xalq artisti, “Şöhrət” ordenli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub.
Layihənin rəhbərləri Xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur.
Layihənin adı özündə, yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir. Layihənin əhatə dairəsi ilbəil genişlənir. 2005-ci ildən reallaşdırılan layihə çərçivəsində təşkil olunan ötən altı konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Layihənin məqsədi gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmalarına yardım etməkdir.
Konsertə biletləri İticket.az və şəhərin bütün kassalarından əldə edə bilərsiz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin