Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ronaldo Messinin olduğu dövrdə 5 "Qızıl top" qazanıb, inanılmazdır" - Quti

Tarix: 26 Yanvar 2020 14:32

"Real Madrid"in sabiq  şfutbolçusu Quti Ernandes Kriştiano Ronaldo və Lionel Messi haqqında danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı ulduzun "kral klubu"ndan ayrılmasını komandanın itkisi  hesab edir: "Messi və Ronaldonu müqayisə etsək, mən Messini seçərəm. Amma Ronaldoya da təşəkkür edirəm. O, əla futbolçudur. Məncə, Messi istedadının,  Ronaldo çalışmağının bəhrəsini görür. Ronaldo Messinin olduğu bir dövründə beş dəfə "Qızıl top"  qazana bildi. Bu, inanılmazdır. O, "Real"  üçün son dərəcə vacib futbolçulardan idi. Vurulan qolların çoxluğu ilə yanaşı böyük oyunlarda da özünü göstərirdi. Məncə, "Real" tarixindəki ən yaxşı futbolçulardan birini əlindən buraxdı".

Qeyd edək ki, Q.Ernandes 1994-2010-cu illərdə Madrid təmsilçisinin formasını geyinib.

 

 


Etiketlər:  Ronaldo Messinin olduğu dövrdə 5 Qızıl top qazanıb inanılmazdır Quti


RƏYLƏR