Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 18:10
"Barselona" və "Yuventus" futbolçularını dəyişib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora" Kataloniya klubunun 19 yaşlı hücumçusu Alexandro Markesi 8,2 milyon avro qarşılığında heyətinə qatıb.
Əvəzində isə La Liqa təmsilçisi qarşı tərəfdən 21 yaşlı yarımmüdafiəçi Mateus Pereyranı transfer edib. Məlumatı hər iki klubun rəsmi saytı yayıb.
Markes cari mövsüm "Barselona"a heç bir oyuna çıxmayıb. Sezonun ilk yarısını Dijon-da icarədə olan Pereyra isə Liqa 1-də 10 görüş keçirib və 4 sarı vərəqə alıb.