Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zidanı özünə böyük qardaş hesab edir

Zidanı özünə böyük qardaş hesab edir

Tarix: 18 May 2019 11:16

"Real"ın futbolçusu Kərim Benzema baş məşqçisi Zinəddin Zidanla münasibətlərindən danışıb.

Qol.az xəbər verir ki, fransalı hücumçu "Marca"ya açıqlamasında həmyerlisi ilə bir ailənin üzvü kimi yaxın olduğunu bildirib:

"Bütün bunlar çoxdan başlayıb. Mən onunla hələ məşqçiliyə başlamamışdan əvvəl tanış idim. Münasibətlərimiz dostluqdan da artıqdır. O, mənim ailəmin bir üzvü kimidir. Zidan mənim üçün böyük qardaşdır. Mənə çox kömək edib".

Qeyd edək ki, Zidanan "Real"a qayıdışından sonra daha çox meydana çıxan Benzema bu mövsüm 52 oyuna 30 qol vurub, 11 məhsuldar ötürmə edib.
 


Etiketlər:  Zidanı özünə böyük qardaş hesab edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ