Tarix: 27 Yanvar 2020 17:00
Rusiyanın “Spartak” klubu qapıçısı Artyom Rebrovla müqaviləni yeniləyib.
Qol.az xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qolkiperin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, rusiyalı qapıçı "Spartak”a 2011-ci ildə “Şinnik”dən gəlib. O, paytaxt təmsilçisində yüzdən artıq oyun keçirib.