Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 17:44
2020-ci il Trans-Adriatik qaz kəməri (TAP) layihəsi üçün həlledicidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə layihənin xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.
O bildirib ki, yaxın aylarda uzunillik gərgin işin kulminasiyası olacaq və istismar mərhələsinə keçid başlayacaq: "Biz ilk qazı Yunanıstan, Albaniya və dəniz vasitəsilə İtaliyaya nəql edəcəyik".
Onun sözlərinə görə, 2019-cu ilin noyabrında boru kəmərinin Yunanıstan ərazisində 2 kilometrlik sahəsinin qazla doldurulmasından sonra, 2020-ci ildə konsorsium infrastrukturun mərhələli sınaqları və 878 kilometrlik boru kəmərində qaz nəqli ilə məşğul olacaq.
V.Veysəlov bildirib ki, ilkin olaraq boru kəmərində təzyiq 40 baradək yüksəldiləcək və bu da obyektin istifadəyə verilməsini başa çatdırmağa imkan verəcək. Bundan sonra təzyiq 65 bara çatdırılacaq. Bu, kommersiya əməliyyatlarının icra olunmasına imkan verəcək.