Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 20:35
"Heç kəsə zövqsüz demək olmaz. Bu, ən böyük savadsızlıqdır. İnsan dünya trendlərindən xəbərsiz ola bilər, bu normaldır. Hərənin bir zövqü var. Mənim zövqüm başqasıyla üst-üstdə düşmürsə, bu zövqsüzlük deyil".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova AzTV-də yayımlanan "Gün başladı" verilişində deyib.
Sənətçi onu zövqsüzlükdə ittiham edənlərə cavab verib:
"Dəb və zövq başqa şeydir. Heç kəs heç kəsi təhqir edib deməsin ki, zövqsüzsən. O nə deməkdir? Sənin mənimlə zövqün uyğun gəlmirsə, get zövqsüz özün ol da, mən niyə oluram ki? Əl çəkin camaatın canından".