Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi

Tarix: 28 Yanvar 2020 10:16

Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisini Mustafa Reşit Akçay çalışdıracaq.
 
O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Kaplanı əvəz edəcək. Akçayın müqavilə müddəti açıqlanmayıb.
 
"Ankaragücü" hazırda Türkiyə Superliqasında 19 oyuna 13 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Superliqa klubunda yeni baş məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ