Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar kimdir? - FOTO

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar kimdir? - FOTO

Tarix: 28 Yanvar 2020 13:05

Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Nigar Məmmədova "Boomerang Label" adlı şirkətin sahibidir.

Türk mediasında B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı axşam.az-a danışan Nigar Məmmədova zinət əşyasının qiyməti haqda məlumat verməyib:

"Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm".

Qeyd edək ki, N. Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilyant və safirdən ibarət olub.


Etiketlər:  Bülənt Ərsoya minlik üzük bağışlayan Nigar kimdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ