Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 13:22
AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov millimizin baş məşqçi vəzifəsinə namizədlər haqda danışıb
Qol.az xəbər verir ki, o, hazırda bu vəzifəyə 32 namizədin olduğunu bildirib. E.Məmmədov hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib.
Qurum rəsmisinin sözlərinə görə, İcraiyyə Komitəsinin 15 gündən sonra keçiriləcək növbəti iclasınadək bu say 15-ə endiriləcək və yekun qərar qəbul olunacaq
E.Məmmədov namizədlər arasında titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlərin də yer aldığını söyləyib.
Qeyd edək ki, AFFA dekabrda baş məşqçi Nikola Yurçeviçi istefaya göndərib.