Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stadnik millidən kənarda

Stadnik millidən kənarda

Tarix: 28 Yanvar 2020 19:02

Qadınlardan ibarət güləş yığmamız yanvarın Türkiyədə təlim-məşq toplanışına start verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, millimiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında hazırlıq keçir.

Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edir. Komandamız fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə toplanış keçəcək. Millimiz qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.

Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.

Milli.Az


Etiketlər:  Stadnik millidən kənarda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ