Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 19:56
Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.
İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.
Hüquq-mühafizə orqanları araşdırma aparır.