Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 19:58
"Qalatasaray"ın fransalı oyunçusu Steven Nzonzi karyerasını ölkəsində davam etdirəcək.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "Renn" komandası ilə razılığa gəlib.
Fransa təmsilçisinin baş məşqçisi Julien Stephan Nzonzi ilə danışıqlar aparıldığını təsdiqləyib. Nzonzi mövsümün əvvlində "Roma"dan "Qalatasaray"a keçmişdi. O, komandası ilə çıxdığı 15 oyunda bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim bir müddətdir fransalı futbolçunu heyətdən uzaqlaşdırıb. Buna səbəb onun intizamsız davaranışları olub.