Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 12:30
Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir.
Əziz aşıq musiqisi həvəskarları layihənin növbəti konserti 5 fevral saat 19:00-da təqdim olunacaq.
Sonxeber.net xəbər verir ki, həmin gün ustad aşıq Cahangir Sənanoğlu "Aslan şahla İbrahimin dastanı"nı söyləyəcək.
Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Biletləri İticket.az saytından, Asan xidmət mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.