Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mane 2 oyun olmayacaq

Mane 2 oyun olmayacaq

Tarix: 29 Yanvar 2020 15:20

İngiltərənin "Liverpul" klubunun zədəli hücumçusu Sadio Manenin vəziyyətinə aydınlıq gəlib.

Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, seneqallı futbolçu Premyer Liqanın növbəti iki oyununda iştirak etməyəcək. O, bu gün keçiriləcək "Vest Hem" və növbəti turda baş tutacaq "Sauthempton"la qarşılaşmalarda iştirak edə bilməyəcək. Manenin vəziyyəti ilə bağlı baş məşqçi Yurgen Klopp bunları bildirib:

"Sadio "Vest Hem" və "Sauthempton"la oyunları buraxacaq. Bundan sonra onun yaxşı olacağını düşünürük. Onun əzələsində kiçik zədə vardı. Manenin zədəsi ilə bağlı bəxtimiz gətirdi. Zədə ciddi deyildi".

Mane Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən "Vulverhempton"la oyunda (2:0) zədələnmişdi.

"Vest Hem" - "Liverpul" oyunu bu gün, saat 23:45-də keçiriləcək.


Etiketlər:  Mane oyun olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ