Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 22:08
Hazırda koranavirusun ölüm faizi 2-3%-i keçmir, amma epidemiya olması riski var.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Rusiya Elmlər Akademiyasının rəhbəri, professor Aleksandr Sergeyev bəyan edib ki, əgər virusun yoluxma tempi indiki kimi davam etsə və azalmasa, o zaman mart ayı o qlobal masştab alacaq.
"Xəstəlik çox təhlükəlidir, yoluxanların sayı geometrik-coğrafi artıb yayılır. Bu coğrafi proqress davam etsə, o zaman cəmi 1 aya qlobal epidemiya ilə üz-üzə qalacağıq. Mart ayı xüsusən Rusiya üçün bəla ayı olacaq"
Xatırladaq ki, Çində virusdan ölənlərin sayı artır, 2 şəhər tamam bağlanıb, virus ABŞ, Avropa, Ukrayna, Türkiyəyə keçib.
Rusiya Çinə aviareyslərini dayandırıb və orda olan turist vətəndaşlarını qısa müddətdə çıxarmağa çalışır.