Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 08:36
Apple şirkəti universal şarj cihazına qarşı çıxır. Buna səbəb kimi gözlənilən yeniliyin reallaşmayacağını və cihazın Avropa iqtisadiyyatına zərər verəcəyini iddia edir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avropa Komissiyası Agentliklərarası Əlaqələr Təşkilatının nümayəndəsi Maros Sefkoviç bütün mobil cihazlarda istifadə ediləcək universal bir şarj cihazının elektron tullantıların azaldılmasında təsirli olacağını və müştərilərin texnologiyadan istifadəsini daha rahat edəcəyini söyləyib.
Apple-dan bildirib ki, komissiyanın təklifi gözlənilənin əksinə olaraq yenilik etməyəcək və hətta işləri ləngidəcək. Bəyanatda vurğulanıb ki, komissiyanın qərarı Apple-ın müştərilərinə yeni texnologiyalar təklif etmək imkanlarını məhdudlaşdıra bilməz.