Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq

Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq

Tarix: 30 Yanvar 2020 13:09

Bakı. Trend:

Yanvarın 31-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Trend-in məlumatına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar - http://bit.ly/38RwDrC

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ