Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 17:16
"Roma" İspaniyanın "Elçe" komandasından Qonsalo Vilyarı transfer edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,bu haqda klubun saytı məlumat yayıb. 31 yaşlı ispan yarımmüdafiəçi üçün 4 milyon avro təzminat ödənilib. Müqavilə 2024-cü ilin iyunun sonuna qədər imzalanıb. Futbolçu 14 nömrəli formanı geyinəcək.
Hazırkı mövsümdə Qonsalo Vilyar İspaniya ikinci divizionunda 20 oyun keçirib, 1 qol vurub.