Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Çindən təxliyyəyə başladı

Türkiyə Çindən təxliyyəyə başladı

Tarix: 30 Yanvar 2020 18:26

Çində koronavirus epidemiyasının episentri olan Uhan şəhərindən 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşının təxliyyə edilməsi üçün Türkiyə Səhiyyə Nazirliyi "Koca Yusuf" əməliyyatına başlayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Hoca jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Koca Yusuf" adlı "Hercules" hərbi-nəqliyyat təyyarəsi bu məqsədlə sözügedən şəhərə uçmağa hazırlaşır. 

Nazirin sözlərinə görə, Uhandan çıxarılacaq vətəndaşlar üçün Çin hökuməti ilə danışıqlar aparılıb, lazımi icazə alınıb.

"Hazırda vətəndaşlarımızda xəstəliklə bağlı hər hansı əlamət aşkarlanmayıb. Ancaq yenə də ilk tibbi müayinə Uhandakı hava limanında heyətimiz tərəfindən göstəriləcək.Təyyarədə ictimai səhiyyə mütəxəssisi də olacaq. Pilotdan tibbi heyətə və vətəndaşlarımıza qədər hər kəs xüsusi bir paltar geyinəcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və sağlamlıq qrupu 14 gün ərzində karantin altında tutulacaq. Heç kimin ağlında hər hansı sual yarnmasın. Türkiyə yoluxucu risk olan bütün xəstəliklərlə əlaqədar hər cür tədbirləri görüb", - F. Hoca vurğulayıb. 

Həmçinin bildirilib ki, təyyarəyə gəlməzdən əvvəl evakuasiya ediləcək insanlardan sağlam olduqları (istifadə edilməli dərmanlar da daxil olmaqla) barədə bir bəyannamə alacaqlar. Həmin şəxslər  Uhan hava limanında ayrı bir ərazidə yoluxucu xəstəlik mütəxəssisi tərəfindən müayinə ediləcək və daha sonra təyyarəyə daxil olacaqlar.

Milli.Az


Etiketlər:  Türkiyə Çindən təxliyyəyə başladı


RƏYLƏR