Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya təyyarəsi təcili eniş etdi - Təhlükəli qadına görə

Rusiya təyyarəsi təcili eniş etdi - Təhlükəli qadına görə

Tarix: 30 Yanvar 2020 19:24

Simferepoldan Rusiya paxtaxtına uçan təyyarə Moskvanın "Domodedovo" hava limanında təcili eniş edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb "S7 Hava Yolları"na məxsus təyyarənin göyərtəsindəki qadın sərnişinin özünü partladacağı ilə təhdid etməsi olub.

İlkin məlumatlara görə, naməlum bir qadın dəhlizdə dayanaraq çantasını götürüb və içərisində bomba olduğunu bildirib. O heç bir tələb irəli sürməyib.

Ekipaj heyəti təyyarənin məcburi enişinə qərar verib. Göyərtədə 195 nəfər olub.

"İnterfaks" xəbər verir ki, həmin sərnişin içkili vəziyyətdə olub. Onun son vəziyyəti barədə məlumat verilmir.


Etiketlər:  Rusiya təyyarəsi təcili eniş etdi Təhlükəli qadına görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ