Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Monaco''da 3 yeni transfer

''Monaco''da 3 yeni transfer

Tarix: 30 Yanvar 2020 20:36

Liqa 1-də ikinci dövrəyə yaxşı başlayan "Monaco" heyətini yeni oyunçularla gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "knyazlıq klubu" 3 futbolçunun keçidini eyni gündə rəsmiləşdirib.

Yeni baş məşqçi Roberto Morenonun komandası Strasbourg-dan Yussuf Fofana, "Bordeaux"dan Orelyen Çuame və "Legia"dan Radoslav Mayeçkini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər müqavilə bağlanıb.

Amma qapıçı Mayeçki Polşa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. 

Milli.Az


Etiketlər:  Monacoda yeni transfer


RƏYLƏR