Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 20:44
Yaponiya millisinin sabiq üzvü Keysuki Hondanın yeni klubu müəyyənləşib.
Qol.az “Globe Esporte”yə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. O, “Botafoqo” ilə razılığa gəlib. Bu gün transferin rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, Honda son olaraq Niderlandın “Vitess” klubunda çıxış edib.