Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 00:46
Rusiya vətəndaşlarına yeni - elektron pasportlar veriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib.
O deyib ki, bank kartını xatırladacaq yeni pasportlarda vətəndaşların adı, soyadı, ata adı, doğum tarixi və yeri qeyd olunacaq. Yeni pasportlara quraşdırılacaq çiplərdə barmaq izləri və digər məlumatlar yerləşdiriləcək.
Köhnə pasportların yeniləri ilə əvəzlənməsi prosesi tədricən həyata keçiriləcək. Yeni pasportların bu ilin iyulundan verilməsinə başlanacağı ehtimal edilir.