Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 19:00
Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının fərdi proqramı üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, halqa ilə hərəkətlərdə Dina Averina qızıl medal qazanıb (Rusiya, 23.300 xal) qazanıb. Ekaterina Qalkina (Belarus, 21.150 xal) gümüş, Nikol Zelikman (İsrail, 20.950 xal) bürünc medallara sahib olub.
Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Natalya Kuzmina, Avropa Gimnastika İttifaqının (UEG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Dominik Myuller-Lot, İttifaqın Baş katibi Liza Vortman təqdim edib.
Topla hərəkətlərdə birinci yeri Arina Averina (22.850 xal) tutub. İkinci yerdə Aleksandr Soldatov (Rusiya, 22.050 xal), üçüncü yerdə isə Boryana Kaleyn (Bolqarıstan, 21,800 xal) qərarlaşıb.
Mükafatları UEG-in mətbuat katibi Tina Qerets, UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Elena Aliprandi, çoxsaylı bədii gimnastika üzrə dünya çempionu, 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya Oyunlarının mükafatçısı Yana Batışina təqdim edib.
Gürzələr ilə hərəkətlərdə qızıl medalı Arina Averina qazanıb (Rusiya, 23.200 xal), gümüş medala Dina Averina (Rusiya, 22.950 xal), bürüncə isə Vlada Nikolçenko (Ukrayna, 22.475 xal) sahib olub.
Mükafatları UEG meneceri Kler Tyorner, UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Evanqeliya Trikomiti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.
Lentlə hərəkətlərdə birinci yeri Dina Averina (Rusiya, 20.400 xal), ikinci yeri Aleksandra Soldatova (Rusiya, 20.300 xal), ücüncü yeri isə Boryana Kaleyn (19.750 xal) tutub.
Mükafatları UEG Bədii Gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova, UEG-in Bədii Gimnastika Texniki Komitəsinin üzvü Elena Nefyodova, yarışların dierektoru Natalya Bulanova.
Həmçinin avstriyalı gimnast Nikol Ruprext "SmartScoring Shooting Star" nominasiyası üzrə mükafatlandırılıb. Mükafatı "SmartScoring" nümayəndəsi Kəmran Ramazanov təqdim edib.
Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin