Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının bağlanış mərasimi keçirilib (FOTOREPORTAJ)

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının bağlanış mərasimi keçirilib (FOTOREPORTAJ)

Tarix: 19 May 2019 19:20

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir çərçivəsində Avropa çempionatının bayrağının ötürülməsi mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlanə Məmmədzadə bayrağı Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qaibova verib. UEG prezidenti isə öz növbəsində onu Ukraynanın Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryuqinaya təqdim edib.

Qeyd edək ki, 36-cı bədii gimnastika üzrə Avropa çempionatı Ukraynada keçiriləcək.

Daha sonra bağlanış mərasimi Bakıda keçirilən çempionatda iştirak edən gimnastların çıxışları davam etdi.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib FOTOREPORTAJ


RƏYLƏR