Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 21:16
Bakı. Trend:
Mayın 24- 26-da Bakıda mediatorların ilkin hazırlığı üzrə təlim keçiriləcək.
Trend-in məlumatına görə, ölkəmizdə ilk dəfə bu mövzuda baş tutacaq təlimdə mediasiya fəaliyyətinin anlayışı, etikası və prinsipləri, fərqli sahələrdə mediasiyanın tətbiq olunması, fərqli mediasiya yanaşmaları, mediasiya fəaliyyətinin müddəti, çəkişmə səbəbləri, mərhələləri, analizi, mediasiya fəaliyyətində müdaxilə və əlaqə üsulları, fərqli anlaşmazlıqlar üçün düzgün strategiyanın seçilməsi, ilkin müzakirənin təməl prinsipləri öyrədiləcək. 3 günlük təlim müddətində iştirakçılar bütün zəruri təlim materiallari və networking imkanlari ilə təmin olunacaq, sonda beynəlxalq sertifikat veriləcək. Təlimləri Türkiyənin ilk peşəkar beynəlxalq mediatoru, Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, Global Mediators&Negotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Deniz Kite Güner keçəcək.
Qeyd edək ki, mediatorlar mübahisə və münaqişələrin həllində müraciət edilən neytral və müstəqil mütəxəssislərdir. Mediasiya fəaliyyəti qanunla tənzimlənirsə insanlar məhkəməyə üz tutmazdan əvvəl mediatorun xidmətinə müraciət edirlər. Azərbaycanda “Mediasiya haqqında Qanun” ötən ayın əvvəlində qüvvəyə minib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin