Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda üstündən qatar keçdi, SAĞ QALDI - FOTO

Metroda üstündən qatar keçdi, SAĞ QALDI - FOTO

Tarix: 31 Yanvar 2020 22:00

Avstraliyalı gənc qız Nyu-Yorkda metro vaqonlarının altında qalıb.

Milli.Az xəbər verir ki, 23 yaşlı Visaya Hoffi Nyu-Yorkda metro stansiyada qatar gözləyən zaman qəza keçirib. Müvazinətini itirən gənc qız relslərin üzərinə düşüb və onun üstündən 7 vaqon keçib. Relslərin üstündə qalan qız huşunu itirib. 20 dəqiqə sonra ikinci metro gənc qızın çəhrayı rəngli köynəyini görüb və metronu dayandırıb. Beləliklə Visaya ölümdən qurtularaq xəstəxanaya yerləşdirilib. Visayanın iki ayağı amputasiya olunub və onurğasında sınıqlar qeydə alınıb. Həkimlər bir neçə dəfə əməliyyat keçirən gənc qızın yaşamasını möcüzə hesab edirlər. (ölkə.az)

Milli.Az


Etiketlər:  Metroda üstündən qatar keçdi SAĞ QALDI FOTO


RƏYLƏR