Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən gözəl çimərliklərinin olduğu məkan

Dünyanın ən gözəl çimərliklərinin olduğu məkan

Tarix: 31 Yanvar 2020 23:26

"Conde Nast Traveller" turizm üzrə qabaqcıl jurnalın oxucuları Yunanıstanın Skiatos adasını dünyanın ən gözəl çimərliklərin yerləşdiyi məkan olduğunu bildiriblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, jurnalın 600 min oxucusu məhz bu adaya səs verib. Qeyd olunub ki, Skiatos ən məşhur istiqamətlərdən biridir. Burada 60 hotel yerləşir. Adanın turistik məkanlarında yüksək səviyyədə xidmət, infrastrukturu, çimərlikləri hər il buraya çox sayda turistin gəlməsinə səbəb olur. Skiatosdan sonra Kulebra, Borakay, Kiava, Palay, Seyşel adaları, Xilton Xed Aylend, Kuk adaları, Uitsandey və Anqilya siyahıda ən gözəl adalar seçilib.


Etiketlər:  Dünyanın gözəl çimərliklərinin olduğu məkan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ