Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 08:04
ABŞ-ın mikroprosessor sənayesində inhisarçılığı tədricən ləğv edilir. Çin və Rusiyadan sonra Avropa İttifaqı da öz prosessorunu hazırlayır. "European Processor Initiative" (EPI) çərçivəsində məhsuldar proqramlar üçün prosessor hazırlanır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "EPI"nin direktoru Jan-Mark Denisin məlumatına görə, prosessor 6 nanometrlik texnologiya üzrə hazırlanacaq. Sözügedən prosessor cari ilin sonunda, yaxud gələn ilin əvvəlində təqdim ediləcək. "Zeus" adlandırılacaq prosessor "ARM" bazasında hazırlanacaq, amma öz arxitekturasına malik olacaq.