Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 13:30
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov komandanın qanalı yeni hücumçusu Ovusu Kvabena barədə fikirlərini bildirib.
Qol.az azerisport.com-a istinadən xəbər verir ki, Ağdam klubunun kapitanı deyib:
“Onun oyunu mənə Reynaldonu xatırladır. O, driblinqi, rəqibin sıx müdafiəsini yarmaq bacarığı ilə braziliyalıya oxşayır. Komandaya uyğunlaşır. Amma əlbəttə ki, ona vaxt lazımdır. Biz hər şeyi edirik ki, Ovusu tam şəkildə komandaya, şəhərə və çempionata adaptasiya ola bilsin. İnanıram ki, o, “Qarabağ”ın ən yaxşı transferlərindən olacaq”.
Xatırladaq ki, “Qarabağ” Ovusunu İspaniyanın “Leqanes” klubundan transfer edib. Onunla 3,5 illik müqavilə imzalanıb.