Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samsung dünyanın ilk 5G planşetini təqdim edəcək

Samsung dünyanın ilk 5G planşetini təqdim edəcək

Tarix: 2 Fevral 2020 20:36

Samsung yanvarın 30-da ilk 5G dəstəkli planşet olan "Galaxy Tab S6"nı təqdim etməyə hazırlaşır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, cihaz "əyləncə mərkəzi" kimi təqdim olunur - 10,5 düymlük AMOLED ekranı və 4 "Dolby Atmos" dinamikinə malikdir.

Ümumiyyətlə, spesifikasiyalar "Galaxy Tab S6" standart versiyasından fərqlənmir: Snapdragon 855 prosessoru, 7040 mAs batareya, 128 GB daxili yaddaşa malik planşetdə microSD üçün də dəstək var. Cihaz Android 9 Pie əməliyyat sistemilə işləyir. Bu ilin avqustunda isə Android 10-a daşınacağı gözlənilir.

"Galaxy Tab S6"nın başlanğıc qiyməti 990.000 von və ya 1431 manat təşkil edir.


Etiketlər:  Samsung dünyanın planşetini təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ